Liqa 1: “Nitsa” liderliyini qorudu, “Monako” qalib gəldi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024-cü il mövsümünün 11-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

“Strasburq” – “Klermon” matçında qapılara qol vurulmayıb. “Olimpik” (Lion) – “Mets” görüşündə də qalib müəyyənləşməyib. “Nant” evdə “Reyms”, “Tuluza” isə “Havr”a uduzub.

“Monako” doğma meydanda “Brest”ə, “Nitsa” isə “Renn”ə qalib gəlib.

Beləliklə, 25 xala malik “Nitsa” vahid liderdir. PSJ 24 xalla ikinci, “Monako” isə 23 xalla üçüncüdür. “Reyms” 20, “Lill” 19, “Brest” 15, “Havr” və “Nant” 14, Marsel “Olimpik”i və “Lans” 13 xal toplayıblar. Mövsümün qələbəyə həsrət yeganə komandası – Lion “Olimpik”i isə 4 xalla sonuncu pillədə qərarlaşıb.

Fransa, Liqa 1
11-ci tur
3 noyabr

PSJ – Monpelye 3:0
Qollar: Li Kan, 10. Zair-Emeri, 58. Vitinya, 66.

4 noyabr

Loryan – Lans 0:0

Olimpik (Marsel) – Lill 0:0

5 noyabr

Olimpik (Lion) – Mets 1:1
Qollar: Alvero, 84 – Callou, 77.

Strasburq – Klermon 0:0

Nant – Reyms 0:1
Qol: İto, 75.

Tuluza – Havr 1:2
Qollar: Dallinqa, 49 – Bayo, 83; 90+4.

Monako – Brest 2:0
Qol: D.Zakariya, 16. Qolovin, 69.

Nitsa – Renn 2:0
Qollar: Boqa, 45. Mandanda, 87-öz qapısına.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: