Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 25-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Nitsa” doğma meydanda “Monpelye” ilə qarşılaşıb. Beş oyun idi qələbəyə həsrət olan, bu görüşlərdə 3 məğlubiyyət almış nitsalılar bu dəfə də meydanı xalsız tərk ediblər.
25-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
25-ci tur
8 mart
Nitsa – Monpelye 1:2
Qollar: Boqa, 12 – Todibo, 10-öz qapısına. Savanye, 42-pen.
9 mart
20:00. Loryan – Olimpik (Lion)
00:00. Lans – Brest
10 mart
16:00. PSJ – Reyms
18:00. Havr – Tuluza
18:00. Mets Klermon
18:00. Strasburq – Monako
20:05. Lill – Renn
23:45. Olimpik (Marsel) – Nant


