Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 2-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Lill” doğma meydanda son çempion PSJ ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib.
2-ci turun qalan görüşləri avqustun 29-da və 30-da keçiriləcək.
Fransa, Liqa 1
2-ci tur
28 avqust
Lill – PSJ 2:2
29 avqust
19:15. Strasburq – Lans
22:45. Oser – Anje
22:45. Brest – Tuluza
22:45. Loryan – Trua
22:45. Olimpik (Lion) – Havr
30 avqust
17:00. Paris – Nitsa
19:15. Renn – Leman
22:45. Monako – Olimpik (Marsel)


