Liqa 1: PSJ “Brest”lə ev oyununda xal itirdi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 19-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.

“Monpelye” – Lill” və “Reyms” – “Nant” matçlarında qapılara qol vurulmayıb.

İki qolun qeydə alındığı “Klermon” – “Strasburq” və altı qolluq “Loryan” – “Havr” matçlarında da qalib müəyyənləşməyib.

Lider PSJ də “Brest”lə ev oyunundan xal itkisi ilə ayrılıb. Sonuncu oyun günündə yeganə qələbə səfərdə “Tuluza” ilə qarşılaşan “Lans”a qismət olub.

Beləliklə, 19 turdan sonra 44 xala malik PSJ vahid liderdir. “Nitsa” 38 xalla ikinci, “Brest” 35 xalla üçüncü pillədə qərarlaşıb. “Monako” 34, “Lill” 32, “Reyms” 30, Marsel “Olimpik”i və “Lans” 29, “Renn” və “Strasburq” 25, “Havr” 23, “Monpelye” və “Nant” 19, “Tuluza” 17 xal toplayıb.

Fransa, Liqa 1
19-cu tur
26 yanvar

Olimpik (Lion) – Renn 2:3
Qollar: Enrike, 57. Lakasette, 78 – Terrye, 22; 41. Due, 36.

27 yanvar

Nitsa – Mets 1:0
Qol: Gessan, 77-pen.

Olimpik (Marsel) – Monako 2:2
Qollar: Obameyanq, 38. Balerdi, 50 – Ben Yedder, 7. Akliuşe, 45+3.

28 yanvar

Monpelye – Lill 0:0

Klermon – Strasburq 1:1
Qollar: Nikolson, 52 – Dion, 34.

Loryan – Havr 3:3
Qollar: Luza, 33. Kari, 51. Bamba, 90+1 – Sabbi, 15-pen. Ayyu, 85; 90+3.

Reyms – Nant 0:0

Tuluza – Lans 0:2
Qollar: D.Kosta, 42. Diuf, 55.

PSJ – Brest 2:2
Qollar: Asensio, 38. Kolo Muani, 45 – Kamara, 55. Pereyra, 80.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: