Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 25-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.
“Havr” doğma meydanda “Tuluza”nı, “Mets” də “Klermon”u minimal hesabla məğlub edib. “Monako” “Strasburq”u səfərdə oxşar hesabla yenib.
Marsel “Olimpik”i doğma meydanda “Nant”a 2 cavabsız qolla qalib gəlib.
Dörd qolun qeydə alındığı “Lill” – “Renn” matçında qalib müəyyənləşməyib. Son çempion və lider PSJ də “Reyms”lə ev oyununda oxşar heç-heçə ilə kifayətlənib.
Beləliklə, ardıcıl 3-cü oyundur heç-heçə oynayan PSJ 56 xalla zirvədə qərarlaşıb. “Brest” 46 xalla 2-ci, “Monako” 45 xalla 3-cüdür. “Lill” və “Lans” 42, “Nitsa” 40, Marsel “Olimpik”i 39, “Renn” 36, “Reyms” 35, Lion “Olimpik”i 31, “Tuluza” 29, “Havr” 27, “Monpelye” və “Strasburq” 26 xal toplayıblar.
Fransa, Liqa 1
25-ci tur
8 mart
Nitsa – Monpelye 1:2
Qollar: Boqa, 12 – Todibo, 10-öz qapısına. Savanye, 42-pen.
9 mart
Loryan – Olimpik (Lion) 0:2
Qollar: Talyafiko, 52. Balde, 64.
Lans – Brest 1:0
Qol: Aquilar, 32.
10 mart
PSJ – Reyms 2:2
Qollar: Abdelhamid, 17-öz qapısına. Q.Ramos, 19 – Munetsi, 7. Diakite, 45.
Havr – Tuluza 1:0
Qol: Operi, 60.
Mets – Klermon 1:0
Qol: Mikautadze, 33-pen.
Strasburq – Monako 0:1
Qol: Ben Seqir, 72.
Lill – Renn 2:2
Qollar: David, 84; 90+1 – Blas, 1. Kalimuendo, 20.
Olimpik (Marsel) – Nant 2:0
Qollar: Obameyanq, 17; 79.


