Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Son çempion PSJ səfərdə “Reyms”lə qarşılaşıb və darmadağına sevinib. “Monako” isə “Havr”la səfər oyununda xal itkisi ilə üzləşib. Bu nəticələrdən sonra PSJ vahid liderliyi ələ keçirib.
12-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək. “Brest” – “Strasburq” oyunu isə dekabrın 7-də keçiriləcək.
Fransa, Liqa 1
12-ci tur
10 noyabr
Monpelye – Nitsa 0:0
11 noyabr
Reyms – PSJ 0:3
Qollar: Mbappe, 3; 59; 82.
Havr – Monako 0:0
12 noyabr
18:00. Klermon – Loryan
18:00. Lill – Tuluza
18:00. Mets – Nant
20:05. Renn – Olimpik (Lion)
23:45. Lans – Olimpik (Marsel)


