Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Son çempion PSJ doğma meydanda qarşılaşdığı “Strasburq”a 3 cavabsız qolla qalib gəlib.
“Nitsa” isə Marsel “Olimpik”i ilə ev oyunundan minimal hesabla qalib ayrılıb və zirvəyə yüksəlib.
Turun qalan qarşılaşmaları sonuncu oyun gününə təsadüf edəcək.
Fransa, Liqa 1
9-cu tur
20 oktyabr
Havr – Lans 0:0
21 oktyabr
PSJ – Strasburq 3:0
Qollar: Mbappe, 10-pen. Soler, 31. F.Ruis, 77.
Nitsa – Olimpik (Marsel) 1:0
Qol: Gessand, 79.
22 oktyabr
15:00. Loryan – Renn
17:00. Lill – Brest
17:00. Nant – Monpelye
17:00. Tuluza – Reyms
19:05. Monako – Mets
22:45. Olimpik (Lion) – Klermon


