Liqa 1: PSJ ilk qələbəsini 4-cü turda qazandı

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 4-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Le Man” – “Lans” matçında qalib müəyyənləşməyib. “Lill” “Trua” üzərində inamlı qələbəyə sevinib. “Brest”in qonağı olmuş son çempion PSJ isə tək qolla qalib gələrək cari mövsümdəki ilk 3 xalını əldə edib.

Beləliklə, 4 turdan sonra “Lill”, “Monako” və “Renn” 10 xal toplayıblar. “Paris və Lion “Olimpik”inin 8, “Strasburq”un 7, PSJ, “Loryan” və “Brest”in isə 5 xalı var.

Fransa, Liqa 1
4-cü tur

11 sentyabr

Renn – Olimpik (Marsel) 1:0

12 sentyabr

Strasburq – Monako 1:1
Oser – Nitsa 1:0
Havr – Anje 0:0
Loryan – Tuluza 2:2
Paris – Olimpik (Lion) 0:0

13 sentyabr

Lill – Trua 2:0
Le Man – Lans 2:2
Brest – PSJ 0:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: