Liqa 1: PSJ “Klermon”a məğlubiyyətdən son anda xilas oldu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Lans” – “Havr” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Son çempion PSJ də “Klermon”la ev oyununda oxşar nəticəyə imza atıb. İlk hissədə məğlub duruma düşən paytaxt yəmsilçisi yalnız matçın sonlarında bərabərlik qolunu vurmağı bacarıb.

28-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
28-ci tur
5 aprel

Lill – Olimpik (Marsel) 3:1
Qollar: David, 54-pen. Kabelya, 71. Qudmundsson, 84 – İsmaili, 81-öz qapısına.

6 aprel

Lans – Havr 1:1
Qollar: Frankovski, 58 – Sabbi, 78-pen.

PSJ – Klermon 1:1
Qollar: Q.Ramos, 85 – Keyta, 32.

7 aprel

15:00. Brest – Mets
17:00. Monpelye – Loryan
17:00. Reyms – Nitsa
17:00. Tuluza – Strasburq
19:05. Monako – Renn
22:45. Nant – Olimpik (Lion)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: