Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 5-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında son çempion PSJ doğma meydanda “Nitsa” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu oyunda qonaqlar qələbə qazanıblar.
5-ci turun qalan oyunları şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
5-ci tur
15 sentyabr
PSJ – Nitsa 2:3
Qollar: Mbappe, 29; 87 – Moffi, 21; 69. Laborde, 53.
16 sentyabr
19:00. Renn – Lill
23:00. Lans – Mets
17 sentyabr
15:00. Loryan – Monako
17:00. Klermon – Nant
17:00. Reyms – Brest
17:00. Strasburq – Monpelye
19:05. Olimpik (Marsel) – Tuluza
22:45. Olimpik (Lion) – Havr


