Liqa 1: PSJ-nu çempionluqdan 1 xal ayırır

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2022/2023 mövsümünün 36-cı turuna yekun vurulub. Arena.az xəbər verir ki, turun əksər görüşləri sonuncu oyun günündə baş tutub.

“Nitsa” – “Tuluza” matçında qapılara qol vurulmayıb. “Reyms” – “Anje” və “Trua” – “Strasburq” görüşlərində də qalib müəyyənləşməyib. Üç qolun qeydə alındığı “Brest” – “Klermon” matçında meydan sahibləri qalib gəliblər. “Ayaçço” evdə “Renn”ə, “Loryan” isə “Lans”a uduzub. Lider PSJ də səfərdə “Oser” üzərində qələbəyə sevinib.

Beləliklə, sona iki tur qalmış 84 xala malik PSJ vahid liderdir. “Lans” 78 xalla ikinci, Marsel “Olimpik”i 73 xalla üçüncü pillədə qərarlaşıb. “Monako” 65, “Lill” 63, “Renn” 62, Lion “Olimpik”i 59, “Klermon” 53, “Nitsa” və “Loryan” 52, “Reyms” 51, “Monpelye” 47, “Tuluza” 44, “Brest” 41 xal toplayıb. “Strasburq”un 39, “Oser”in 34, “Nant”ın 33, “Trua” və “Ayaçço”nun 23, “Anje”nin 15 xalı var.

Fransa, Liqa 1
36-cı tur
19 may

Olimpik (Lion) – Monako 3:1
Qol: Lakazette, 38. Kakre, 57. Çerki, 78 – Ben Yedder, 2-pen.

20 may

Nant – Monpelye 0:3
Qol: Ferri, 38. Nordin, 47. Sako, 88.

Lill – Olimpik (Marsel) 2:1
Qol: David, 49-pen. Bamba, 72 – Klauss, 29.

21 may

Ayaçço – Renn 0:5
Qol: Santamariya, 14. Quiri, 31; 40; 71. Doku, 37.

Brest – Klermon 2:1
Qol: Honorat, 45; 48 – Neto, 43.

Nitsa – Tuluza 0:0

Reyms – Anje 2:2
Qol: İto, 10. Baloqun, 54 – Şabanoviç, 46. Abdelli, 60.

Trua – Strasburq 1:1
Qol: R.Lopes, 73 – Diarra, 27.

Loryan – Lans 1:3
Qol: Fevr, 6 – Sotoka, 20. Tomasson, 25. Fofana, 87.

Oser – PSJ 1:2
Qol: Sinayoko, 51 – Mbappe, 6; 8.