Liqa 1: PSJ qələbəni əldən verdi, Marsel “Olimpik”i qalib gəldi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 16-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.

“Tuluza” – “Renn” matçında qapılara qol vurulmayıb. “Nant” evdə “Brest”ə, “Loryan” “Strasburq”a, “Mets” “Monpelye”yə məğlub olub. Marsel “Olimpik”i isə “Klermon”la ev oyunundan çətin qələbə ilə ayrılıb.

Turun son matçında “Lill” PSJ-ni qəbul edib. Paris təmsilçisi səfərdə qələbəni son anda əldən verib.

Beləliklə, 16 turdan sonra 37 xala malik PSJ vahid liderdir. “Nitsa” 32 xalla ikinci, “Monako” 30 xalla üçüncü pillədə qərarlaşıb. “Lill” və “Brest” 28, Marsel “Olimpik”i ilə “Lans” 26, “Reyms” 23, “Strasburq” 20, “Havr” 19, “Nant” 18, “Monpelye” 17, “Renn” və “Mets” 16, “Tuluza” 14, Lion “Olimpik”i 13, “Loryan” 12 və “Klermon” 11 xal toplayıb.

Fransa, Liqa 1
16-cı tur
15 dekabr

Monako – Olimpik (Lion) 0:1
Qol: Jeffinyo, 85.

16 dekabr

Havr – Nitsa 3:1
Qollar: Sabbi, 5; 35. Bayo, 51-pen – Luşe, 90+1.

Lans – Reyms 2:0
Qollar: Said, 43. Kortes, 75.

17 dekabr

Nant – Brest 0:2
Qollar: Maqnetti, 49. Munye, 57.

Loryan – Strasburq 1:2
Qollar: Dienq, 53 – Bakva, 14. Qameyro, 49.

Mets – Monpelye 0:1
Qol: Esteve, 9.

Tuluza – Renn 0:0

Olimpik (Marsel) – Klermon 2:1
Qollar: Murilyo, 26. Harit, 42 – Allevina, 58.

Lill – PSJ 1:1
Qollar: David, 90+3 – Mbappe, 66-pen.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: