Liqa 1: PSJ “Renn”ə 3 qolla qalib gəldi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 8-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha altı qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Olimpik” (Lion) – “Loryan” matçında qalib müəyyənləşməyib.

“Brest” – “Tuluza” və “Lans” – “Lill” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Marsel “Olimpik”i doğma meydanda “Havr”ı 3 cavabsız qolla məğlub edib. Altı qolun qeydə alındığı “Monpelye” – “Klermon” matçı da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Son çempion PSJ isə səfərdə “Renn” üzərində inamlı qələbəyə sevinib.

Beləliklə, 8 turdan sonra 17 xala malik “Monako” vahid liderdir. “Nitsa” 16 xalla ikincidirsə, PSJ və “Brest” 15, “Reyms” 13, Marsel “Olimpik”i ilə “Lill” isə 12 xal toplayıblar.

Fransa, Liqa 1
8-ci tur
6 oktyabr

Strasburq – Nant 1:2
Qollar: Dion, 90+2 – Koko, 50. Mutussami, 57.

7 oktyabr

Mets – Nitsa 0:1
Qol: Budaui, 14.

Reyms – Monako 1:3
Qollar: Teuma, 57-pen – Yakobs, 42. Baloqun, 46. Ben Yedder, 49.

8 oktyabr

Olimpik (Marsel) – Havr 3:0
Qollar: Sangante, 18-öz qapısına. Obameyanq, 21. Sarr, 84.

Brest – Tuluza 1:1
Qollar: Satriano, 90+2 – Maqri, 27.

Olimpik (Lion) – Loryan 3:3
Qollar: Nuama, 21. Lakazett, 22; 41 – Kroupi, 16; 54. Yonqva, 79.

Monpelye – Klermon 4:2
Qollar: Əl-Tamari, 16; 76. Savanye, 31-pen; 48-pen – Maqnin, 26. Konate, 45.

Lans – Lill 1:1
Qollar: Maçado, 70 – Andre, 45+2.

Renn – PSJ 1:3
Qollar: Quiri, 56 – Vitinya, 32. Hakimi, 36. Muani, 58.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: