Liqa 1: PSJ səfərdə, “Monako” və Marsel “Olimpik”i evdə sevindi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 14-cü turunun sonuncu oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.

“Tuluza” – “Loryan” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Monako” “Monpelye”ni, “Lill” “Mets”i, Marsel “Olimpik”i isə “Renn”i 2 cavabsız qolla məğlub yola salıb. “Brest” də “Klermon”la ev oyununda darmadağına sevinib.

Son çempion PSJ isə səfərdə “Havr”la qarşılaşıb. Paris təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.

Beləliklə, 14 turdan sonra 33 xala malik PSJ vahid liderdir. “Nitsa” 29 xalla ikinci, “Monako” 27 xalla üçüncü, “Lill” 26 xalla dördüncü pillədə qərarlaşıb. “Reyms”in 23, “Lans”ın 22, “Brest”in 21, “Nant”ın 18, Marsel “Olimpik”inin 17, “Havr” və “Mets”in 16, “Renn”in 15 xalı var.

Fransa, Liqa 1
14-cü tur
1 dekabr

Reyms – Strasburq 2:1
Qollar: Riçardson, 10. Darami, 42 – Qameyro, 88-pen.

2 dekabr

Lans – Olimpik (Lion) 3:2
Qollar: Said, 26. Frankovski, 52-pen; 74 – Obrayn, 15; 72.

Nant – Nitsa 1:0
Qol: Molle, 25.

3 dekabr

Havr – PSJ 0:2
Qollar: Mbappe, 23. Vitinya, 89.

Brest – Klermon 3:0
Qollar: Del Kastilyo, 20-pen; 51. Laqe, 34.

Monako – Monpelye 2:0
Qollar: Minamino, 9. Ben Yedder, 90+1.

Tuluza – Loryan 1:1
Qollar: Dallinqa, 72 – Dienq, 90+1.

Lill – Mets 2:0
Qollar: Y.Yazıçı, 45+1. David, 45+5-pen.

Olimpik (Marsel) – Renn 2:0
Qollar: Obameyanq, 8-pen. Unahi, 65.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: