Liqa 1: PSJ xal itirdi, Lion “Olimpik”i evdə darmadağına üzüldü

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 2-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Lion “Olimpik”i doğma meydanda “Monpelye” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı bu matçda qonaqlar darmadağınla qalib gəliblər.

Son çempion PSJ isə səfərdə “Tuluza” ilə üz-üzə gəlib. Paris təmsilçisi yenidən heyətə dönən Kilian Mbappenin penaltidən vurduğu qolla hesabı açmasına rəğmən, yekunda 1 xalla kifayətlənib.

Fransa, Liqa 1
2-ci tur
18 avqust

Mets – Olimpik (Marsel) 2:2
Qollar: Sabali, 65. Mikautadze, 71 – Muqe, 82. Vitinya, 82.

19 avqust

Olimpik (Lion) – Monpelye 1:4
Qollar: Lakazett, 69 – Nordin, 20. Əl-Tamari, 39; 66. Adams, 89.

Tuluza – PSJ 1:1
Qollar: Abuxlal, 87 – Mbappe, 62.

20 avqust

15:00. Lill – Nant
17:00. Havr – Brest
17:00. Loryan – Nitsa
17:00. Reyms – Klermon
21:00. Monako – Strasburq
22:45. Lans – Renn

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: