Futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 1-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ilk turun ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Marsel “Olimpik”i doğma meydanda “Reyms”lə qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyun meydan sahibləri əzmkar qələbəyə seviniblər.
Ötən mövsümün qalibi PSJ isə doğma meydanda “Loryan”la qarşılaşıb. Tərəflər meydanı qolsuz tərk ediblər.
İlk turun qalan oyunları bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
1-ci tur
11 avqust
Nitsa – Lill 1:1
Qollar: Labord, 19 – Diakite, 90+4.
12 avqust
Olimpik (Marsel) – Reyms 2:1
Qollar: Unahi, 23. Vitinya, 73 – İto, 10.
PSJ – Loryan 0:0
13 avqust
15:00. Brest – Lans
17:00. Klermon – Monako
17:00. Monpelye – Havr
17:00. Nant – Tuluza
19:05. Renn – Mets
22:45. Strasburq – Olimpik (Lion)


