Liqa 1 Yusef Atalı Fələstinə dəstəyə görə sərt cəzalandırdı

Fransa Liqa 1-i, “Nitsa”nın əlcəzairli sağ cinah müdafiəçisi Yusef Atalın 7 oyunluq cəzalandırılması haqda qərar qəbul qəbul edib.

Arena.az bu barədə Liqa 1-nin rəsmi saytına istinadən məlumat verir.

Cəzanın səbəbi Yusef Atalın sosial şəbəkələrdə İsrail və Qəzza zolağındakı münaqişələr mənzərəsində “yəhudilər üçün qara gün təşkil etmək” çağırışlı videonu yayımlamasıdır. İndi əlcəzairli futbolçu dekabr ayının ortalarına qədər oynamayacaq.

Xatırladaq ki, paylaşmadan bir qədər sonra Atal dərcini silib. Daha sonra Əlcəzair yığmasının heyətində təlim-məşq toplanışından “Nitsa”nın düşərgəsinə qayıtmış Atal ilə klub rəhbərliyi arasında müvafiq mövzuya dair danışıq olub. Fələstinə dəstəyinə görə klubdan qovulmaq təhlükəsi ilə üz-üzə qalmış əlcəzairli futbolçu təbliğ etdiyi mübahisəli video üçün üzr istəyib. “Nitsa” rəhbərliyi növbəti bildirişə qədər Atalı kənarlaşdırmaq haqda qərar qəbul edib.

Bu arada, “RMC Sport” dərgisi “Nitsa”nın Liqa 1-in Atala təyin etdiyi 7 oyunluq diskvalifikasiya cəzasından şikayətçi olmayacağı haqda məlumat yayıb.

Xatırladaq ki, Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatı 2023-cü il oktyabrın 7-də İsrailə hücum edib. Bunun müqabilində İsrail hadisəni “müharibə” adlandıraraq qarşı tərəfə hərbi üsulla cavab verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: