Litva millisi Bakı səfəri öncəsi darmadağına sevindi – Video

Futbol üzrə UEFA Millətlər Liqasının D Liqasında Azərbaycanla eyni qrupda yer almış Litva millisi ötən gün yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, sözügedən komanda Andorra yığması ilə üz-üzə gəlib.

Matç litvalıların böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0. Qolları Manfredas Ruzqis (21-ci dəqiqədə penaltidən), Faustas Steponaviçyus (27) və Armandas Kuçis (90+3) vurublar.

Qeyd edək ki, Litva millisi növbəti oyununu oktyabrın 4-də Bakıda Azərbaycan yığmasına qarşı keçirəcək. 8-ci km stadionunda baş tutacaq matçın start fiti saat 17:00-da səslənəcək.

Ötən gecə baş tutmuş digər yoxlama oyunlarındakı nəticələri də təqdim edirik:

ABŞ – Çili 4:2
Meksika – Peru 1:1
Fici – Yeni Kaledoniya 2:1
Seyşel adaları – Şri-Lanka 0:2
Argentina – Boliviya 4:0
Kuk adaları – Taiti 3:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: