İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente rəhbərlik etdiyi komandanın 2023-cü ildəki tərəqqisindən danışıb.
Arena.az “Sport.es” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Mən təkcə Millətlər Liqasını qazandığım və Avropa çempionatına yüksəldiyim üçün deyil, həm də bu yolun necə keçilməsi ilə fəxr edirəm. İspaniyada bir çox insan gələcəkdə vacib bir şeyə nail olmaq imkanına malik komandaya inamını təzələdi. Komanda bu il ərzində güclənib və bizə təkmilləşməyə davam etmək üçün çox çalışmaq lazımdır.
Biz çox yetkinləşmişik, lakin Avropa çempionatı başlayana qədər onu qazanmaq üçün daha da güclənməliyik”, deyə Luis de la Fuente bildirib.
Xatırladaq ki, 2023-cü ildə İspaniya yığması UEFA Millətlər Liqasının finalında Xorvatiya yığmasını penaltilər silsiləsində məğlub edərək (əsas vaxt – 0:0, penaltilərlə – 5:4) yarışın qalibi olmuşdu. Həmçinin İspaniya yığması Avropa çempionatının seçmə mərhələsində “A” qrupunda 1-ci yeri tutaraq, yarışın final mərhələsinə vəsiqə qazanıb.


