Luis Enrike: “Tottenhem”ə qarşı tam gücümüzlə oynayacağıq”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Super Kuboku uğrunda görüşdə “Tottenhem”lə oyundan gözləntisini açıqlayıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, 55 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Bu dəfə biz mövsümə bir qədər fərqli başlayırıq. Final – bu, böyük hadisə, böyük mərhələdir. Biz “Tottenhem”lə ilk oyunumuzun intizarındayıq.

“Tottenhem”in planının nədən ibarət olacağını bilmirəm. Komanda bu yaxınlarda baş məşqçi dəyişikliyi edib. Onlar artıq bir neçə aydır birlikdə məşq edirlər, biz isə hələ bircə həftədir. Amma bu, bəhanə deyil. Biz güc-qüvvəmizi yüz faiz ortaya qoyacağıq”, deyə Luis Enrike vurğulayıb.

Xatırladaq ki, bu gün, avqustun 13-də Çempionlar Liqasının qalibi PSJ Avropa Liqasının qalibi “Tottenhem”lə UEFA Super Kuboku uğrunda oyuna çıxacaq. Oyun Udinenin “Blyuenerci” stadionunda (“Stadio Friuli”) keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: