Luis O Brayen də Ueyn Runinin yanına getdi

İngiltərənin “Nottingem Forest” klubunun yarımmüdafiəçisi Luis O Brayen MLS-də mübarizə aparan “Di Si Yunayted” klubuna keçib. Arena.az xəbər verir ki, bu barədə ABŞ klubunun rəsmi saytı məlumat yayıb.

İngiltərədən olan 24 yaşlı futbolçu satınalma şərti ilə 2023-cü ilin 16 iyuluna kimi icarəyə götürülüb. Yarımmüdafiəçinin bazar dəyəri 8 milyon avrodur.

Luis O Brayen “Nottingem Forest”ə 2022-ci ilin iyul ayında “Haddersfild”dən 9.4 milyon avro qarşılığında keçmişdi. O, Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 oyunda 1 qol da vurub. Luis “Haddersfild”də olarkən “Bredford Siti”də də icarədə oynayıb.

Xatırladaq ki, “Di Si Yunayted”in baş məşqçisi İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runidir. O, son dövrlərdə İngiltərə Premyer Liqasından komandasına tez-tez futbolçu aparır. Bir müddət öncə MLS təmsilçisi “Kristal Pelas”dan hücumçu Kristian Bentekeni, həmçinin “Lids”dən yarımmüdafiəçi Mateuş Klixi də heyətinə cəlb etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: