Futbol üzrə Xorvatiya milli komandası DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə Sloveniyaya məğlub olub.
Arena.az xəbər verir ki, komandasının 0:1 hesablı məğlubiyyətə üzüldüyü qarşılaşma xorvatların lideri Luka Modriç üçün rekordla əlamətdar olub.
Belə ki, 35 yaşlı yarımmüdafiəçi yığmada 134-cü matçına çıxıb. O, Xorvatiya millisinin tarixində sabiq müdafiəçi Dario Srna ilə birlikdə ən çox oyun keçirən futbolçuya çevrilib. Növbəti matçda isə o, artıq millisinin mütləq rekordçusuna çevriləcək.
Modriç Xorvatiya yığmasında 2006-cı ildə Argentina ilə oyunda debüt edib. Təcrübəli futbolçu 15 illik milli karyerası ərzində üç Avropa çempionatında, bir dünya çempionatında çıxış edib. Rusiyada təşkil olunmuş sonuncu mundialda finala qədər irəliləyən xorvatların aparıcı oyunçusu hətta “Qızıl top” (Golden Ball) mükafatına da layiq görülüb.


