DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Kiprlə ev oyunu Xorvatiya milli komandasının kapitanı Luka Modriç üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, Madrid “Real”ının yarımmüdafiəçisi komandasının 1:0 hesablı qələbəyə sevindiyi qarşılaşmada yeni rekorda imza atıb.
Belə ki, 35 yaşlı yarımmüdafiəçi yığma komandada 135-ci matçına çıxıb. O, bu vaxta qədər Xorvatiya millisinin tarixində ən çox oyun keçirmiş Dario Srnanı (134) geridə qoymağı bacarıb. Xorvatların mütləq rekordçusu bu göstəricisini növbəti oyunlarda daha da yaxşılaşdırmaq şansına malikdir.
Qeyd edək ki, Luka Modriç Xorvatiya yığmasında 2006-cı ildə Argentina ilə oyunda debüt edib. Təcrübəli futbolçu 15 illik milli karyerası ərzində üç Avropa çempionatında, bir dünya çempionatında çıxış edib. Rusiyada təşkil olunmuş sonuncu mundialda finala qədər irəliləyən xorvatların aparıcı oyunçusu hətta “Qızıl top” (Golden Ball) mükafatına da layiq görülüb.



