Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” turnirində iştirak edəcək. Arena.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq yarış mayın 4-dən 14-dək davam edəcək.
Şahmatçımızın turnirdəki rəqibləri də məlumdur. Turnirdə azərbaycanlı qrossmeysterlə yanaşı, adları aşağıda göstərilən şahmatçılar mübarizə aparacaq:
Levon Aronyan, Fabiano Karuana, Uesli So, Lenyer Dominqes (hamısı ABŞ)
Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa)
Yan Nepomnyaşi (FİDE)
Riçard Rapport (Macarıstan)
Boqdan Daneel-Dyak (Rumıniya)
Dairəvi sistem üzrə təşkil olunacaq turnirin ümumi mükafat fondu 350 min ABŞ dolları təşkil edir.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilən “Superbet Chess Classic” turnirinin qalibi olmuşdu.


