“Mançester Siti” Kayl Uokerlə vidalaşır – “Bayern”ə görə

“Mançester Siti” və “Bayern” arasında “şəhərlilər”in müdafiəçisi Kayl Uokerlə bağlı danışıqlar inkişaf mərhələsindədir.

Arena.az bu barədə jurnalist-insayder Florian Plettenberqin “Twitter” hesabına istinadən xəbər verir.

Mənbənin məlumatına görə, “Bayern”in çalışdırıcısı Tomas Tuxel və Kayl Uoker arasında şəxsi dialoq sayəsində ingilis müdafiəçi “Mançester Siti”ni tərk edərək Münhen klubuna keçməyə qərar verib.

Klublar arasında yekun razılıq hələ əldə edilməsə də, hər iki tərəf sövdələşməni həyata keçirməyə hazırdır.

2022/2023 mövsümündə Kayl Uoker “Mançester Siti”nin heyətində 39 oyun keçirib, 1 məhsuldar ötürmə verib. Futbolçunun “şəhərlilər”lə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Kayl Uokeri 15 milyon avro məbləğində dəyərləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: