“Mançester Yunayted” Maquayrı əvəzləməyə üç namizəd tapdı

“Mançester Yunayted” müdafiəçisi və sabiq kapitanı Harri Maquayrı satmağa hazırlaşır və artıq onu əvəzləyəcək oyunçunun axtarışına başlayıb.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.

Mənbənin məlumatına gör, hazırda Mançester klubunun mütəxəssisləri üç mərkəz müdafiəçisini – “Bayern”dən müdafiənin sağ cinahında oyun bacarığı ilə fərqlənən fransız Benjamin Pavarı, “Nitsa”dan fransalı Jan-Kler Todibonu və Leverkuzen “Bayer”indən burkinafasolu Edmon Tapsobanı nəzərdən keçirirlər.

“Qırmızı şeytanlar” daha əvvəl xəbər verildiyi kimi, Todibonun mümkün transferi ilə bağlı danışıqlara başlayıblar. Benjamin Pavarın “Bayern”dən ayrılmaq istəyi də məlumdur, fransız müdafiəçinin “Mançester Yunayted”ə qoşulmaqdan məmnun olacağı vurğulanır. Tapsoba ilə bağlı hələlik konkret danışıqlar aparılmayıb.

Daha əvvəl “Vest Hem”in müdafiəçi Harri Maquayrın transferi ilə bağlı “Mançester Yunayted”lə anlaşdığı bildirilmişdi. “Çəkicdöyənlər” “qırmızı şeytanlar”a Maquayrın transferi müqabilində 35 milyon avro ödəyəcəklər.

Geridə qalmış 2022/2023 mövsümndə Harri Maquayr “Mançester Yunaytred”in heyətində 31 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə fərqlənməyib.

Xatırladaq ki, bir müddət əvvəl 30 yaşlı Harri Maquayr “Mançester Yunayted”in kapitan sarğısından məhrum edilmişdi.

Maquayrın mümkün əvəzedicilərinin ötən mövsüm üçün statistikasını təqdim edirik:

Benjamin Pavar (“Bayern) – 43 oyun, 7 qol, 1 məhsuldar ötürmə;

Jan-Kler Todibo (“Nitsa”) – 46 oyun, məhsuldar fəaliyyəti ilə fərqlənməyib;

Edmon Tapsoba (“Bayer”, Leverkuzen) – 47 oyun, 2 qol, 2 məhsuldar ötürmə.

“Transfermarkt” internet-portalı 27 yaşlı Benjamin Pavarı 40 milyon avro, 23 yaşlı Jan-Kler Todibonu və 24 yaşlı Edmon Tapsobanı isə 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: