“Mançester Yunayted” Rasmus Höylundu itirdi

“Mançester Yunayted”in heyətində təzə-təzə qol ayağı açılmş danimarkalı mərkəz hücumçusu Rasmus Höylund zədələnib.

Arena.az bu barədə İngiltərə klubununu rəsmi saytına istinadən məlumat verir.

“Qırmızı şeytanlar” Höylundun xidmətindən təxminən 2-3 həftə məhrum qalacaqlar.

Höylund “Hörsholm Usseröd” klubunda futbola qədəm qoyub. Ardınca “Brondbü”, “Kopenhagen”, “Şturm” (Qrats) və “Atalanta”da çıxış edib.

“Mançester Yunayted” Höylundu 2023-cü ilin avqustunda 73,9 milyon avro müqabilində “Atalanta”dan heyətinə qatıb. Danimarkalı hücumçunun İngiltərə nəhəngi ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Höylund “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 30 oyun keçirib, 13 qol vurub, 2 məhsudlar ötürmə verib.

Rasmus Höylundun qənimətlər muzeyində “Kopenhagen”lə Danimarka çempionluğu (2021/2022) və “Şturm”la Avstriya Kuboku (2022/2023) var.

Rasmus Höylund 2022-ci ilin sentyabrında debüt etdiyi Danimarka yığmasının heyətində 10 oyuna 7 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 21 yaşlı hücumçunun transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: