“Mançester Yunayted” Yaponiya yığmasının qapıçı ilə güclənir

Yaponiya yığmasının və “Urava Red Daymonds” klubunun 20 yaşlı qapıçısı Zion Suzuki “Mançester Yunayted”ə keçəcək.

Arena.az bu barədə “Sponichi” nəşrinə istinadən xəbər verir.

Məlumatda “qırmızı şeytanlar”ın Suzuki üçün 5,85 milyon avro ödəməyə hazır olduğu bildirilir. Bu, Yaponiya çempionatının tarixində ən bahalı sövdələşmə olacaq. Zion Suzuki “Urava Red Daymonds”da 2021-ci ildən çıxış edir.

Xatırladaq ki, Mançester klubunun əsas qapıçısı David de Xeanın müqaviləsi iyunun 30-da başa çatıb. “Qırmızı şeytanlar” neçə müddətdir əsas qapıçı axtarışındadırlar və “İnter”in qapıçısı Andre Onananı almağa ümid edirlər. Ancaq kamerunlu qapıçının transferi ilə əlaqədar, tərəflər arasında danışıqlar uzanır. “Mançester Yunayted” rəhbərliyi ən pis halda, klubda qalmaq istəyən De Xea ilə yeni müqavilə imzalamağı ehtiyat variant kimi nəzərdə tutub və bu xüsusda qapıçıya yeni müqavilə bağlamağa icazə verməyib.

2022/2023 mövsümündə Suzuki “Urava Red Daymonds”un heyətində 5 oyuna çıxıb, 3 qol buraxıb, 2 oyundan “quru” çıxıb.

“Transfermarkt” internet-portalı Suzukini 250 min avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Zion Suzuki ABŞ-da beynəlmiləl ailədə anadan olub, atası yapon, anası qanaəsillidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: