Portuqaliyanın “Sportinq” klubunun uruqvaylı yarımmüdafiəçisi Manuel Uqarte Fransa çempionu PSJ-yə keçdiyini açıqlayıb.
Arena.az “Record”a istinadən Uqartenin fikirlərini diqqətinizə çatdırır:
“Həqiqət budur ki, hazırda PSJ-də bir az dincəlmək və sonra hər şeyə sıfırdan başlamaq lazımdır. Böyük klubda çıxış edəcəyəm. Mən bunu tam dərk etmirəm, amma çalışacağam ki, parislilərin oyununda yaxşı çıxış edim. Messinin PSJ-ni tərk etməsi təəssüf doğurur. Onunla oynamaq əla olardı, amma bu, futboldur… Hər halda, mən çox xoşbəxtəm”.
Xatırladaq ki, PSJ 22 yaşlı uruqvaylıya görə “Sportinq”ə 60 milyon avro ödəyəcək.
2022/2023 mövsümündə Manuel Uqarte “Sportinq”in heyətində 47 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib.
Daha əvvəl futbolçunun tibbi müayinədən uğurla keçdiyi və PSJ ilə müqavilə imzaladığı barədə məlumat yayılmışdı.


