Maqnus Karlsen şahmat turnirinin qalibi oldu

16-cı dünya çempionu norveçli qrosmeyster Maqnus Karlsen şahmat üzrə “Fischer Freestyle GOAT Challenge” turnirinin qalibi olub.

Arena.az məlumat verir ki, final görüşündə norveçli qrosmeyster amerikan qrosmeyster Fabiano Karuana ilə iki oyun keçirib.

Görüşün birinci hissəsi tez bir heç-heçə ilə başa çatıb, ikincidə isə Maqnus Karlsen qalib gəlib – 1,5:0,5.

Yarışda 3-cü yer uğrunda görüşdə ABŞ təmsilçisi Levon Aronyan qalib gəlib. Levon özbək şahmatçı Nodirbek Abdusattorovu 1,5:0,5 hesabı ilə məğlub edib.

5-ci və 6-cı yerlər uğrunda görüşlərdə Əlireza Firuzca (Fransa) Qukeş Dommaracuya (Hindistan) qalib gəlib – 1,5:0,5.

Çinli qrosmeyster, 17-ci dünya çempionu Din Lijen isə Vinsent Kaymer (Almaniya) ilə görüşdə 0:2 hesabı ilə məğlub olaraq, turniri sonuncu pillədə başa vurub.