Maqnus Karlsen üçüncü dəfə dünya çempionu oldu

Norveçli qrosmeyster Maqnus Karlsen və amerikan qrosmeyster Hikaru Nakamura sürətli şahmat üztə dünya çempionunu müəyyən ediblər.

Arena.az məlumat verir ki, sürətli şahmat üzrə dünya çempionatının finalında 13,5:12,5 hesabı ilə qalib gəlmiş Karlsen karyerasında üçüncü dəfə bu titula sahib olub.

Final bir neçə mərhələdən ibarət olub. Maqnus Karlsen dərhal ilk iki xalı qazanıb, amma sonra Nakamura görüşün gedişatını dəyişməyi və “güllə” oyunlarına az qalmış üç xallıq üstünlük əldə etməyi bacarıb. Məhz “güllə”də norveçli qrosmeyster rəqibini yaxalayaraq yenidən hesabda önə keçməyi bacarıb. Həlledici oyunda Nakamuranın hesabı bərabərləşdirmək imkanı olsa da, o, bu şansdan yararlana bilməyib. Amerikan qrosmeyster iki topunu qurban verdiyi kombinasiyada kobud səhvə yol verərək finaldan məğlub ayrılıb.

Azarkeşlər bu cütlük arasında yeni mübarizəni çox gözləməli olmayacaqlar. Qarşıda finalçıları AI Kuboku turnirinin ilk dövrəsində görüş gözləyir.

Xəbəri paylaş: