Macarıstan yığmasının baş məşqçisi Marko Rossi AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda İsveçrə yığmasına məğlubiyyəti (1:3) şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Yol verdiyimiz səhvləri düzəltmək çətindir. Oyunçularımız müvafiq səhvlərə hər gün yol vermirlər. Biz bütün amilləri nəzərdən keçirməliyik. Səhvlər oyunun bir hissəsidir və ən yaxşı oyunçular ən az səhvə yol verirlər, amma bu, onların da başına gələ bilər. Fərdi səhvlərin qarşısını almaq üçün çoxsaylı strategiyalar mövcud deyil. Söhbət taktikadan getmir, amma hücumçularının oyun tərzinə görə bir-birimizlə ünsiyyət qurmaqda çətinlik çəkdik. Fasilədə bunu düzəltdik, amma o vaxta qədər biz artıq 0:2 hesabı ilə geridə idik.
İsveçrə yığması bütün meydan üzrə keyfiyyətli oyunçuları və əla fiziki hazırlığı olan çox təcrübəli komandadır. Oyun 2:1 hesabı ilə bitməkdə ikən biz çox təpki göstərdik və Varqanın zərbəsi sayəsində daha bir qol vurmağa yaxın idik. Amma təcrübələrindən istifadə etdilər, oyunu ləngitdilər, nəbzi aşağı saldılar və fərasətlərindən yaxşı istifadə etdilər. Oyunun sonunda belə surətlə qol buraxmağımız mənim üçün böyük məyusluq oldu.
İlk 7-8 dəqiqə istisna olmaqla, birinci hissəni çox pis keçirdik, biz çox ölüvay idik. Bu səviyyədə belə komandalara qarşı oyun çox çətin olur. Mən barmaqlarımı göstərmək fikrində deyiləm. Mən məşqçiyəm, ona görə də məsuliyyəti öz üzərimə götürürəm”, deyə Marko Rossi vurğulayıb.
1-ci turdan sonra “A” qrupuna çempionatın ev sahibi Almaniya yığması 3 xalla başçılıq edir. Eyni miqdarda xal toplamış İsveçrə yığması 2-ci pillədə qərarlaşıb. Macarıstan və Şotlandiya yığmaları isə xalsızdırlar və müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşürlər.


