Fransa yığmasının və Mönhenqladbah “Borussiya”sının hücumçusu Markus Türam tezliklə Milan “İnter’inə qoşulacaq.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Türam bu gün – iyunun 27-də tibbi müayinədən keçdikdən sonra “İnter”lə 5 illik müqavilə imzalayacaq.
2022/2023 mövsümündə Türam “Borussiya”nın heyətində 32 oyun keçirib, 16 qol vurub, 7 məhsuldar ötürmə verib.
Türamın “Borussiya” ilə cari müqaviləsi bu ayın sonunda başa çatacaq.
“Transfermarkt” internet-portalı Markus Türamı 32 milyon avro məbləğində qiymətləndirir.


