“İnter”in prezidenti Cüzeppe Marotta klubun müflis olması ilə bağlı, mətbuatda yayılmış şayiələri cavablayıb.
Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, klub prezidentinin müvafiq açıqlamasını təqdim edir:
“Bizim, müflis olmaq təhlükəmiz heç vaxt olmayıb və bizim, təchizatçılar və banklar qarşısında ödənilməmiş borclarımız yoxdur. Əks halda, komanda İtaliya A Seriyasında qeydiyyatdan keçə bilməzdi. Biz bütün gərəkli meyarlara riayət edirik, əks halda, bizi cərimələyərdilər, həmçinin biz əməkhaqqı ödənişlrini və vergiləri müntəzəm surətdə ödəyirik”, deyə Marotta vurğulayıb.
31 oyundan 68 xalla “İnter” İtaliya A Seriyasının yarış cədvəlinin zirvəsində qərarlaşıb.


