Marotta: “İnzaqinin “İnter”də xidməti böyükdür”

“İnter”in prezidenti Cüzeppe Marotta “neradzurri”nin baş məşqçisi Simone İnzaqinin komandanın sükanı arxasındakı gələcəyi ilə bağlı danışıb.

Arena.az xatırladır ki, İtaliya nəhəngi ötən gecə UEFA Çempionlar Liqasının final oyununda Fransa nəhəngi PSJ-yə 0:5 hesabı ilə darmadağın olub.

Bu mənzərədə “İnter”in prezidenti Cüzeppe Marotta həm oyunu şərh edib, həm də komandanın 49 yaşlı italyan baş məşqçisi İnzaqinin gələcəyi ilə bağlı sualı cavablayıb:

“Bu, rəqibin bizi bütün baxışlarda üstlədiyi mənfi bir axşam idi, biz onların qarşısında şlyapamızı çıxarırıq. Bu, bizim, Çempionlar Liqasının finalına çıxmağımız da daxil olmaqla, bütün mövsümə dair qiymətləndirməmizi dəyişməməlidir. Bu, pis çıxış idi, biz bu haqda təəssüf edirik – xüsusən də bura gəlmiş çoxsaylı azarkeşlərimizin qarşısında.

İnzaqinin gələcəyinə dair qərar? Qiymətləndirməmizdə heç bir dəyişiklik yoxdur. Biz artıq demişik ki, İnzaqi ilə növbəti həftədə görüşəcəyik. Onun, müqavilə üzrə hələ bir ili var və o, son dörd il ərzində sübut edib ki, burada olmağa tamamilə layiqdir. Bizim bir çox nailiyyətlərimiz – onun xidmətidir”, deyə Marotta vurğulayıb.

Simone İnzaqi “neradzurri”nin sükanı arxasına 2021-ci ilin iyununda keçib. 49 yaşlı mütəxəssisin Milan təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

İnzaqinin “İnter”ə rəhbərliyi rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 217 oyun, 141 qələbə, 41 heç-heçə, 35 məğlubiyyət. “Neradzurri”nin top fərqi isə 427:192 nisbətindədir.

İtalyan mütəxəssis “İnter”ə bir dəfə (2023/2024) İtaliya A Seriyasını, 2 dəfə (2021/2022, 2022/2023) İtaliya Kubokunu, 3 dəfə isə (2021/2022, 2022/2023, 2023/2024) İtaliya Super Kubokunu qazandırıb.

Xatırladaq ki, Simone İnzaqi “İnter”dən öncə 2016-2021-ci illər aralığında “Latsio”ya rəhbərlik edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: