Marotta: “Yaxın vaxtlarda İnzaqi ilə müqaviləni yeniləyəcəyik”

“İnter”in prezidenti Cüzeppe Marotta “neradzurri”nin italyan baş məşqçisi Simone İnzaqi ilə müqavilənin mümkün yenilənməsi haqda danışıb.

Arena.az “İnter”in rəsmi saytına istinadən, Marottanın müvafiq açıqlamasını təqdim edir:

“Biz İnzaqidən çox razıyıq, onun müqavilə müddətinin uzadılması – bu, rəsmiyyətdir. O, bütün bu illər ərzində əla işləyib və bütün klub üçün bir nümunədir. Simone dünyada ən yaxşı məşqçilərdən biridir. Onun bir üstünlüyü də onadadır ki, o, əla futbolçu olub. Biz çox şadıq ki, o, bizimlədir. Mən düşünürəm ki, yaxın vaxtlarda biz onun müqaviləsinin müddətini uzadacağıq”, deyə Marotta vurğulayıb.

“İnter”i uğurla çalışdıran 48 yaşlı mütəxəssis Simone İnzaqi “neradzurri”nin sükanı arxasına 2021-ci ilin iyununda keçib. İtalyan mütəxəssisin Milan təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

İnzaqinin “İnter”ə rəhbərliyi rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 201 oyun, 134 qələbə, 36 heç-heçə, 31 məğlubiyyət. “Neradzurri”nin top fərqi isə 401:166 nisbətindədir.

İtalyan mütəxəssis “İnter”ə bir dəfə (2023/2024) İtaliya A Seriyasını, 2 dəfə (2021/2022, 2022/2023) İtaliya Kubokunu, 3 dəfə isə (2021/2022, 2022/2023, 2023/2024) İtaliya Super Kubokunu qazandırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: