Massimiliano Alleqri A Seriyasının favoritlərini açıqladı

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri, fikrincə, İtaliya çempionluğuna əsas namizədlərin hansı komandalar olacağını açıqlayıb.

Arena.az “Football Italia” dərgisinə istinadən italyan mütəxəssisiin bu barədə fikirlərini təqdim edir:

“Bir oyunda hər şey ola bilər. Qeydiz-şərtsiz ki, “İnter” “Milan” və “Napoli” ilə birlikdə skudetto uğrunda mübarizədə favoritdir.
“İnter” layihəsinin hədəfi skudettonu qazanmaq üçün qurulub. Bu barədə danışmaq hələ tezdir, amma onlar bu mövsümün favoritləridir. Biz isə ilk 4-lükdə qalmağa çalışmalıyıq və hər şeydən əvvəl 5-ci yerdən üstünlüyü təmin etməliyik”, deyə Massimiliano Alleqri bildirib.

Hazırda “İnter” 31 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir. “Yuventus” isə 29 xalla “neradzurri”ni təqib edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: