Massimiliano Alleqri “Yuventus”un məqlubiyyətini şərh etdi

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri A Seriyasının 5-ci turunda turinlilərin autsayder “Sassuolo”ya məğlubiyyətini (2:4) şərh edib.

Arena.az DAZN dərgisinə istinadən Alleqrinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Domeniko Berardi üçün potensial qırmızı vərəqə? Xeyr, gəlin, oyundan danışaq. Bu, bizim ilk məğlubiyyətimizdir, biz nəticə çıxarmalıyıq. Biz bu oyundan əvvəl fenomenal deyildik və ondan sonra da birdən-birə dəhşətli olmadıq.

Oyunun əvvəlində başımız buludlarda idi, hər şey yaxşı idi, amma bir neçə kifayət qədər sadə məqamdan yararlana bilmədik. Bundan sonra rəqibin ilk zərbəsi qola səbəb oldu, soyuqqanlılığımızı itirdik və bunun əvəzini verdik.

Mən birinci gün deyil ki çalışıram və A Seriyasında komandaların güclü və zəif tərəflərini təsəvvür edirəm. Məğlubiyyət, xəbərdarlıq siqnallarını çözməyə cəhd etdiyimiz, son günlərdə komandada gördüklərimizin ancaq sonu oldu. İndi zarımaq olmaz, qarşıda üç xal qazanmağa çalışmalı olduğumuz vacib oyun var.

Mentalitetimizin çatışmadığı oyun idi. Biz hələ də oyun zamanı necə keçid edəcəyimizi və ya bütün oyun boyu bunda qalacağımızı bilmirik. Artıq məndə belə bir hiss var idi ki, hər dəfə top cərimə meydançasına gələndə biz azacıq çaxnaşmaya düşürük, bu nə “Latsio” ilə oyunda, nə də digər oyunlarda baş vermişdi. Odur ki bu, məni ehtiyatımı tutmağa məcbur etdi”, deyə Massimiliano Alleqri oyun haqda təhlilini yekunlaşdırıb.

Hazırda “Yuventus” A Seriyasında keçirdiyi 5 turdan sonra 10 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Qoca sinyora” 3 qələbə qazanıb, 1 heçə-heçə edib, 1 məğlubiyyət alıb, top fərqi isə 11:6 nisbətindədir. 5-ci turun hələ başa çatmadığını nəzərə alsaq, izləyicilərinin qələbə qazanacağı halda Turin komandası turnir cədvəlindəki mövqeyini bir neçə pillə itirə bilər.

Autsayder “Sassuolo” isə qələbə sayəsində xalını 6-ya yüksəldib və indi turnir cədvəlində 11-cı pillədə qərarlaşıb.

A Seriyasına keçirdiyi 4 oyunda mütləq nəticə – 12 xal qazanmış “İnter” liderlik edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: