Maykl Ouen: “Maliyyə feyr-pleyi elit klubları qoruyur”

İngiltərə yığmasının keçmiş hücumçusu Maykl Ouen “Everton”un xal cəzası almasından sonra mailiyyə feyr-pleyini tənqid edib.

Arena.az məlumat verir ki, Ouen bu barədə özünün “X” sosial şəbəkə hesabı üzərindən yazı dərc edib:

“Everton”un xallardan məhrum olmağa layiq olub-olmaması mübahisəlidir, amma mən heç vaxt maliyyə feyr-pleyini sevməmişəm. Əlbəttə, klubların gələcəyini qorumaq üçün daha yaxşı yol varmı? Maliyyə feyr-pleyi elit klubları qoruyur və onları təqib edənlər tərəfindən rəqabəti demək olar ki, qeyri-mümkün edir”, – Ouen yazısında paylaşıb.

Xatırladaq ki, maliyyə feyr-pleyi qaydalarını pozduğuna görə “Everton” noyabrın 17-də İngiltərə Premyer Liqasında 10 xalından məhrum edilib. Nəticədə, komanda turnir cədvəlində 19-cu pilləyə yuvarlanıb və hazırda 12 tur əsasında “irislər”in hesabında cəmi 4 xal var. Beləliklə, avrkuboklara vəsiqə uğrunda mübarizə aparan kollektiv, indi mövsümün qalan hissəsini turnir cədvəlinin zirzəmisindən qurtulmaq üçün mübarizəyə həsr etməli olacaq. Daha sonra “Everton” rəsmi bəyanat yayaraq, qərara etiraz etmək niyyətini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: