Mbappenin sosial şəbəkə hesabını sındırıb, Messini təhqir etdilər

Madrid “Real”ının fransalı ulduz hücumçusu Kilian Mbappenin rəsmi “X” sosial şəbəkə hesabı hakerlər tərəfindən sındırılıb.

Arena.az bu barədə “Mirror” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Mbappenin sosial şəbəkə hesabları sındırılaraq “MBAPPE” tokeninin 90 min satışa çatdığına dair yazılar, futbol komandalarının ünvanlarına müxtəlif təhqirlər və Kristiano Ronaldo ilə Lionel Messi arasında rəqabətə dair şərhlərlə doldurulub.

Vurğulayaq ki, Mbappenin səhifəsində belə bir yazı yerləşdirilib:

“Kristiano Ronaldo bütün zamanların ən böyük futbolçusudur. Bu cırtdan (Lionel Messi) mənim üçün dünyanın ən yaxşı oyunçusu deyil”.

Hakerlər həmçinin “Tottenhem”i “nəcis” adlandırıblar. Eləcə də Mbappenin “Mançester Yunayted” pərəstişkarı olduğu və “qrımızı şeytanlar”a qoşulmağı planlaşdırdığı yazılıb. “Tortun üstündəki gül”ə gəlincə, hakerlər siyasi mövzularda Mbappeni alçaldan bir neçə yazı dərc ediblər.

Bütün bu biabırçılıq sonradan hesabdan silinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: