Messi MLS-də məhsuldar oyunlar seriyasını 6 matça çatdırdı

“İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi MLS-in müntəzəm çempionatında ardıcıl 6-cı oyunda məhsuldar fəaliyyətlə yadda qalıb.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu çempionatın növbəti turunda “Çikaqo” ilə səfər oyununda məhsuldar ötürmə müəllifi olub.

Messi 48-ci dəqiqədə braziliyalı yarımmüdafiəçi Kazemironun vurduğu qola assist edib və görüş 1:1 hesabı ilə başa çatıb. “Çikaqo”nun heyətində isə polşalı hücumçu Robert Levandovski 10-cu dəqiqədə fərqlənib.

Bununla da “Leo” MLS-də məhsuldar oyunlar seriyasını 6 matça çatdırıb. Argentinalı futbolçu bu müddətdə 6 qol vurub və 4 məhsuldar ötürmə verib.

Messinin sonuncu dəfə məhsuldar fəaliyyətsiz qaldığı oyun avqustun 2-də “Kolumbus Kru” ilə ev matçı olub. 2:2 hesabı ilə başa çatan həmin qarşılaşmada argentinalı futbolçu ikinci hissə ərzində meydana çıxıb.

“İnter Mayami” 24 oyundan sonra 44 xalla Şərq Konfransının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Çikaqo” isə 23 matçda 39 xal toplayaraq dördüncü yeri tutur.

“İnter Mayami” növbəti oyununu sentyabrın 13-nə keçən gecə konfrans lideri “Neşvill”ə qarşı evdə keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: