Argentinalı hücumçu Lionel Messi MLS-in əsas çempionatında mövsümün 19-cu qolunu vuraraq bombardirlər yarışında vahid lider olub.
Arena.az xəbər verir ki, 39 yaşlı argentinalı hücumçu “İnter Mayami”nin “Neşvill”lə ev oyununda komandasının ikinci qoluna imza atıb.
Bu, Messinin cari mövsümdə 19-cu, peşəkar karyerasında isə 928-ci qolu olub. O, bombardirlər siyahısında 18 qolla “Dallas”ın futbolçusu Petar Musanı geridə qoyaraq ilk pilləyə yüksəlib.
Messi MLS-də məhsuldarlıq seriyasını da 7 matça çatdırıb. Bu müddətdə argentinalı ulduz 7 qol vurub və 4 məhsuldar ötürmə edib.
“İnter Mayami” 25 oyundan sonra 45 xalla Şərq Konfransında 2-ci, “Neşvill” isə 54 xalla liderdir.
MLS-də növbəti matçında “İnter Mayami” sentyabrın 21-nə keçən gecə “San Dieqo”nu qəbul edəcək. “Neşvill” isə bir gün əvvəl evdə “Çikaqo” ilə qarşılaşacaq.


