Messi və Suares xanımları ilə birlikdə okean səyahətində – Foto

“İnter Mayami”nin cənubiamerikan ulduz hücumçuları – argentinalı Lionel Messi və uruqvaylı Luis Suares okean səyahətinə çıxıblar.

Arena.az məlumat verir ki, ulduz futbolçular yaxtaya öz arvadlarını da dəvət ediblər.

Hər iki cütlük okean səyahətindən görüntülərini öz sosial şəbəkə hesabları üzərindən paylaşıblar.

Şəkillərdə məmnun görünən kişiləri şəhvətli bədən cizgilərini qabardan xəfif çimərlik geyimində arvadları təbəssümlə müşayiət edirlər. Müvafiq məzmun qısa vaxt ərzində sosial şəbəkələrdə xeyli baxış toplayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: