Premyer Liqanın səlahiyyətli komissiyası “Arsenal”ın baş məşqçisi Mikel Artetanı hakimliklə bağlı iradlarına görə cəzalandırmayacaq.
Arena.az bu barədə “Arsenal”ın rəsmi saytına istinadən məlumat verir.
Söhbət Mikel Artetanın İngiltərə Premyer Liqasının 11-ci turunda “Nyukasl”la oyunundan (1:0) sonra hakimlər briqadasının ünvanına tənqidi açıqlamalarından gedir.
Müstəqil tənzimləyici komissiyanın Mikel Artetaya qarşı iddia edilən qayda pozuntusu ittihamını sübuta yetirilməmiş hesab etdiyi bildirilir.
Xatırladaq ki, dekabrın əvvəlində Artetanın İngiltərə Futbol Assosiasiyasının nümayəndələri ilə görüşərək “Nyukasl”la oyunu idarə edən hakimlərə dediyi sözləri müzakirə etdiyi bildirilirdi. İngiltərə futbol rəsmiləri ispan mütəxəssisə qarşı E3.1 qaydasını pozmaqda (oyun rəsmilərini təhqir etmək və oyunun nüfuzuna xələl gətirmək) ittiham irəli sürmüşdü.
“Arsenal” cari mövsüm İngiltərə Premyer Liqasında 16 turdan sonra 36 xal toplayıb. Komanda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Premyer Liqaya 37 xalla “Liverpul” başçılıq edir.


