“Milan” daha bir fransız futbolçu transfer etdi.

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi “Monako”nun sol cinah müdafiəçisi Fode Balo-Tureni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Fransalı müdafiəçi İtaliya klubunda “5” nömrəli formanı geyinəcək. “Milan”ın bu transferə görə 4 milyon avrosundan keçdiyi bildirilir.

PSJ-nin yetirməsi olan Ture, 2017-ci ildə “Lill”ə transfer edilib. Bu komandada iki mövsüm keçirən müdafiəçi, 2019-cu ildən “Monako”nun uğurları üçün çalışırdı. Karyerası ərzində 142 qarşılaşmaya çıxan futbolçu, 2 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, milanlılar bir neçə gün öncə Fransa yığmasının hücumçusu Olivye Jirunu da transfer etmişdilər.