Millimiz Bosniya və Herseqovinaya da uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununa çıxıb. Arena.az xəbər verir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı ikinci sınağında Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.

Bu qarşılaşma da yığmamız üçün uğursuz alınıb. Voleybolçularımız yenə hər üç seti məğlub başa vurublar.

Xatırladaq ki, Azərbaycan millisi A qrupundakı ilk oyununda ötən gün Belçika seçməsinə 0:3 də hesabı ilə uduzmuşdu. Komandamız sabah Rusiya voleybolçuları ilə qarşılaşacaq. Bu oyuna Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

Azərbaycan yığmasının heyətində bu voleybolçular yer alıb: Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk.

Avropa çempionatı
A qrupu
21 avqust

Azərbaycan – Bosniya və Herseqovina 0:3 (14:25, 23:25, 17:25)

Xəbəri sosial şəbəkələrdə paylaş: