“Monako” Niderland millisinin hücumçusunu transfer etdi

Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi Niderlandın “Alkmaar” klubundan Mayron Boadunu transfer edib.

Bu barədə “Monako”nun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı niderlandlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Mayron Boadu “Alkmaar”ın öz yetirməsidir. O, 2017-ci ildən bu klubun əsas komandasında çıxış edir. Gənc futbolçu ötən mövsüm meydana çıxdığı 38 oyunda 15 qola imza atıb. Boadu Niderlandın əsas millisində də 1 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: