Motta “Fiorentina” ilə oyunda əldən verilmiş qələbədən danışdı

“Yuventus”un baş məşqçisi Tyaqo Motta İtaliya A Seriyasının 18-ci turunun “Fiorentina” ilə ev oyunundakı heç-heçəni (2:2) şərh edib.

Arena.az “Yuventus”un rəsmi saytına istinadən, braziliyaəsilli italiyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz fürsətlər yaratdıq, yaxşı oynadıq, amma üçüncü qolu da arayıb-tapmaq gərək idi. Amma bunu edə bilmədik, rəqib qol vurdu və biz üç xal qazanmadıq. Birinci qoldan sonra oyun səviyyəmizi aşağı saldıq, bunun üçün isə uyğun vaxt deyildi. Birinci qoldan sonra yaxşı qarşılıq verdik, amma hər dəfə qol buraxıb oyunumuza qayıdana qədər gözləyə bilmərik. Biz daha tarazlı surətdə hücuma keçməliyik. Bugünkü çıxışımız oyunu üçüncü qolla bitirməyimizə səbəb olmalı idi. Sonra topa sahib olmalı və ya təpkimizi davam etdirməli idik”, deyə Motta bildirib.

İtaliya A Seriyasının 18 oyunundan 32 xalla “Yuventus” yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Fiorentina” isə 17 oyundan 22 xalla 5-ci pillədədir.

İtaliya A Seriyasına 41 xalla “Atalanta” başçılıq edir. Eyni miqdarda xal toplamış “Napoli” 2-ci pillədədir. 17 oyundan 40 xalla 3-cü pillədə qərarlaşmış “İnter”i isə şərti lider qismindədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: