Mourinyo: “Avropa Liqasında heç kimdən qorxmuruq”

“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Şerif” üzərində qələbəsini (3:0) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən məlumat verir ki, portuqal mütəxəssis komandasının 3-cü qolu vurmasından sonra keçirdiyi duyğularını da paylaşıb.

Xatırladaq ki, oyunun əsas vaxtına əlavə edilmiş təzminat dəqiqələrində (90+3) “canavarlar”ın 19 yaşlı gənc debütantı Nikkolo Pisilli “Roma”nın heyətində ilk qolunu vurub.

“Pisilli qol vuranda mən də ağlamağa başlamamaq üçün qaçmalı oldum. Biz Avropa Liqasında heç kimdən qorxmuruq. Şübhəsiz ki, A Seriyasında 4-cü yer uğrunda mübarizə aparmaq üçün lazımi keyfiyyətlərə malikik”, deyə Mourinyo “Roma”nın iddiasını ortaya qoyub.

“Roma” 13 xalla “G” qrupunda 2-ci yeri tutub. İtaliya təmsilçisi 15 xalla qrupun qalibi olmuş “Slaviya”nın (Praqa, Çexiya) ardınca Avropa Liqasının ələmə mərhələsinə yollanıb. 5 xalla qrupda 3-cü olmuş “Servett” Konfrans Liqasında mübarizə aparacaq. “Şerif” isə 1 xalla sonuncu olub. Moldova təmsilçisi cari mövsümdə avrokuboklarda iştirakını başa vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: