Namiq Ələsgərov “Bursaspor”da ilk qolunu vurdu

Futbol üzrə Türkiyə 1-ci liqasında 10-cu turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələsgərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Balıkəsispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Namiq də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib. Bursa təmsilçisinin ilk qolunu da Namiq vurub. Millimizin üzvü 29-cu dəqiqədə fərqlənib. Bu, onun Türkiyə təmsilçisindəki ilk qoludur.

“Bursaspor” 10 turdan sonra 11 xalla 19 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: